Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən riyaziyyat və informatika müəllimlərinin diqqətinə!
Mathrix (Math Reality Informatics eXcellence) platforması müəllimlər üçün öz bilik və bacarıqlarını nümayiş etdirmək məqsədilə müsabiqə elan edir.

Müsabiqə iki mərhələdən ibarətdir:
I mərhələ (onlayn): 25 aprel saat 10:00
Final mərhələsi (əyani): 2 may tarixində Xəzər Universitetində keçiriləcəkdir.
Riyaziyyat fənni üzrə iştirakçılar eduarena.az platforması vasitəsilə (suallar American Mathematics Competition əsasında), informatika fənni üzrə iştirakçılar isə codeany.org platforması vasitəsilə (real alqoritmik kodlaşdırma məsələləri) qeydiyyatdan keçərək yarışda iştirak edə bilərlər.
Yüksək nəticə göstərən iştirakçılar müxtəlif mükafatlarla yanaşı, süni intellekt və ingilis dili kurslarına xüsusi endirimlər qazanacaqlar.
Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır!